Lənkəran Dövlət Universitetinin Baytarlıq təbabəti ixtisasının 4-cü kursunda təhsil alan tələbələr təhsillərini Afyon Kocatəpə Universitetində davam edəcəklər. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 fevral tarixində verir.
Belə ki, LDU ilə Afyon Kocatəpə Universiteti arasında Erasmus+ KA171 layihəsi çərçivəsində bağlanmış müqaviləyə əsasən, Şəndil İsmayılova, İsa Hüseynzadə, Sadiq Pənahlı və Pənah Əmənov 1 semestrlik (yaz semesterində) Afyon Kocatəpə Universitetində təhsillərini davam etdirmək şansı qazanıblar.