Lənkəran Dövlət Universitetində (LDU) Novruz bayramı qeyd edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 mart tarixində verir.
LDU-nun böyük akt zalında keçirilən bayram şənliyi universitetin rektoru, professor Natiq İbrahimovun kollektivə ünvanlanmış təbriki ilə başlayıb.
Bayram şənliyində 2023/2024-cü tədris ilinin payız imtahan sessiyasının nəticələrinə görə, “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təsis etdiyi” adlı təqaüd LDU-nun iki tələbəsinə – Fəridə Əzizova və İlkin Qurbanova təqdim edilib.
Sonra bayramsayağı bəzədilmiş zal universitetin gənc istedadlarının, Novruz bayramının atributları olan Kosa və Keçəlin, Bahar qızın ixtiyarına verilib.
Novruz şənliyi milli birliyimizin simvolu olan möhtəşəm yallı rəqsi ilə sona çatıb.