Lənkəran Dövlət Universitetinin (LDU) binalarında təmir işləri aparılacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 mart tarixində verir.
Təmir işləri zamanı binaların divar və tavanları yenidən rənglənəcək. Eyni zamanda döşəmə örtükləri, lampalar yenilənəcək, qapıların açarları dəyişdiriləcək və digər təmir işləri həyata keçiriləcək.
Sözügedən təmir işləri üçün 185 min manat vəsaitin sərf olunacağı nəzərdə tutulub.