Lənkəran Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş görüş baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 mart tarixində verir.
Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Onlara Soyqırımı Günü barədə ətraflı məlumat verilib.
Sonda Soyqırımı Günündən bəhs edən videoçarx təqdim edilib. Həmçinin universitetin Elmi kitabxanasında faciəni əks etdirən əsərlərdən, mətbu və fotomateriallardan ibarət kitab sərgisi təşkil olunub.