Elm və Təhsil Nazirliyinin dəstəyi, Tərəfsiz (Parlament) Jurnalistlər İctimai Birliyinin təşkilatçılığı ilə “Təhsil mediada: Düzgün baxışın formalaşdırılması üsulları” layihəsi çərçivəsində həyata keçirilən layihənin qalibləri bəlli olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 aprel tarixində verir.
Belə ki, müsabiqə çərçivəsində təhsil jurnalistləri Nuranə Əliyeva və Esmira İsmayılova "Təhsil mediada necə əks olunur?” mövzusunda ən yaxşı köşə yazısı təqdim ediblər.