top
Lənkəranlı 64 yaşlı qaynaqçı: “Qadın hara, qaynaq hara?” deyənlər çoxdur”
24 fevral 2025, 22:55
- ↺ +

Lənkəranlı 64 yaşlı qaynaqçı: “Qadın hara, qaynaq hara?” deyənlər çoxdur”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cəmiyyətimizdə formalaşmış stereotiplərə görə, bəzi peşələrlə yalnız qadınlar, bəziləri ilə də kişilər məşğul olur. Məsələn, bənna, çilingər, təmirçi, qaynaqçı, traktorçu, bağban və s. kişi, toxucu, tikişçi, dərzi, xalçaçı və s. isə qadın peşələri hesab edilir. 

Muallim.edu.az bu yazılmamış “qanun”u pozan Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin qaynaqçı qrupunun istehsalat təlim ustası 64 yaşlı Qətibə Əhmədova ilə söhbətləşib.

Qətibə Əhmədova 1961-ci ildə Lənkəran rayonunun Xolmili kəndində anadan olub. 1987-ci ildən Lənkəran şəhərində yaşayır. Kolleci qırmızı diplomla bitirən Qətibə xanım 41 ildir ki, pedaqoji fəaliyyətlə məşğuldur: “1980-ci ildə Bakı Politexnik Texnikumunun Mexanika fakültəsinin “Metalşünaslıq və metalların termiki emalı” ixtisası üzrə təhsil almağa başladım. 1984-cü ildə ovaxtkı 113 №-li Texniki Peşə Məktəbində işə qəbul oldum. Orada ixtisas fənn müəllimi kimi çalışdım. İxtisasım uyğun gəldiyi üçün qaynaqçı qrupuna istehsalçı təlim ustası təyin edildim. Mənə 1 illik qrup verildi. Daha sonra ixtisas fənn müəllimlərinin diaqnostik qiymətləndirilməsində iştirak edərək yüksək nəticə göstərdim. Bundan sonra məsuliyyətim daha da artdı. Mərkəzimizdə əvvəlki illərin məzunları ilə tez-tez təlimlər təşkil olunurdu, qaynağın sirlərini bir az da onlardan öyrəndim. Üzərimdə çox işləyib bu peşənin peşəkarına çevrildim. 2017-ci ildən indiyədək qaynaqçı qrupunun istehsalat təlim ustası işləyirəm. Bəzi nəzəri dərsləri də tədris edirəm”. 

Qaynaqçı peşəsinin kifayət qədər perspektivli olduğunu deyən Qətibə müəllim bu işə həmişə ehtiyac olacağını düşünür: “Məzunlarımızın əksəriyyəti işlə təmin olunur. Bu işə ancaq həvəsi olanlar maraq göstərir. Məzunlarımızdan ölkəmizin müxtəlif şəhərlərində, xarici ölkələrdə belə işləyənləri var. Hazırladığımız kadrlar işlə təminatda çətinlik çəkmirlər”. 

Yeni binaya köçəcəklərini xatırladan Qətibə müəllim Peşə Mərkəzinə başqa rayonlardan da çoxlu tələbə gəldiyini qeyd edir: “Qaynaqçı peşəsi üzrə tədris materiallarının sayının artmasını istəyərdik. Ümumiyyətlə, son dövrlərdə peşələrə maraq çox artıb. Hazırda mərkəzdə təhsil alan qadınların sayı 200 nəfərdir. Bir müddət qadınlar bu peşəyə gəlməyə çəkinirdilər. İndi isə belə deyil, oğlanlarla bərabər qızlar da qaynaqçı, eləcə də digər peşələri öyrənməyə səy göstərirlər”.

O əlavə edir ki, yeni qəbul olan tələbələri qaynaqçı müəllimlərinin qadın olduğunu biləndə çox təəccüblənirlər: “Xüsusən yeni gələn tələbələr əvvəl buna çox təəccüblənsələr də, qısa müddət sonra işimi görüb bunu adi qəbul edirlər. “Qadın hara, qaynaq hara?” deyənlər də çox olur. İzah etməyə çalışıram ki, istənilən adam istənilən peşəni öyrənərək onun peşəkarına çevrilə bilər. Bir az marağın olsa, öyrənmək heç də çətin deyil. İndi bu iş mənim üçün çox sadədir. Bu peşə ilə məşğul olmağımla fəxr edirəm”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Oxşar xəbərlər