Lənkəran rayonunda yanğın qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 fevral tarixində verir.
Hadisə rayonun Tükəvilə kəndində baş verib. Ümumi sahəsi 70 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə və içərisinə yığılan 1 ton ot bağlamasının 200 kiloqramı yanıb. Köməkçi tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.