Lənkəran rayonunun Mollakənd kəndində yerləşən transformator təhlükə saçır. Bununla bağlı sakinlər bu gün, 26 fevral tarixində Cenublu.az-a müraciət ediblər.
Belə ki, Əşlə kəndinə gedən yolun üstündə yerləşən transformatorun çəpərinin olmaması sakinləri narahat edir.
“Bu yoldan hər gün məktəblilər istifadə edirlər. Aidiyyəti qurumlardan xahiş edirik, faciə olmamış transformatoru çəpərlə təmin etsinlər”, – deyə sakinlər bildiriblər.