Lənkəran rayonunda elektrik tənzimləyicisi sakinlər üçün təhlükə yaradır. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 avqust tarixində verir.
Rayonun Əşlə kəndinin girəcəyində yerləşən transformatorun ətrafında təhlükəsizlik hasarı olmadığından vətəndaşlar öz narahatlıqlarını bildirirlər.
Kənd sakinləri tez bir zamanda məsələ ilə bağlı müvafiq tədbirlərin görüləcəyinə ümid edirlər.