Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən Lənkəran ərazisində qida sahəsində fəaliyyət göstərən müəssisələrdə həyata keçirilən monitorinqlər zamanı nöqsanlar müəyyən olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 avqust tarixində verir.
Belə ki, Lənkəran rayonu, H.Əliyev prospektində yerləşən "Panorama" restoranında qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu aşkarlanıb.
Həmçinin monitorinq zamanı Lənkəran şəhəri, Bakı-Astara magistral yolu və H.Əsgərov küçəsinin kəsişməsində yerləşən "Cavid" marketində baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu müəyyən olunub.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.