Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən Lənkəran ərazisində qida sahəsində fəaliyyət göstərən “Mandarin” restoranında nöqsanlar müəyyən olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 avqust tarixində verir.
Belə ki, Lənkəran rayonunun Göyşaban kəndində yerləşən "Mandarin" restoranında qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması və obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi kimi nöqsanlar aşkarlanıb.Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstəriş verilib.