Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən Lənkəran ərazisində qida sahəsində fəaliyyət göstərən ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı nöqsanlar müəyyən olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 avqust tarixində verir.
Belə ki, Lənkəran rayonunun H.Əliyev prospektində yerləşən "Xan Kababı" restoranında obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu aşkarlanıb. Eləcə də rayonun M.Füzuli küçəsində yerləşən "Aftobaza" kafesində qeyd olunan nöqsanlardan əlavə, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması kimi nöqsan müəyyən olunub.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.