Lənkəran şəhərində yerləşən Milli Qəhrəman Əsgər Əliyevin adını daşıyan “Dostluq” parkında bir müddət öncə quraşdırılan oturacaqlar yığışdırılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 sentyabr tarixində verir.
Belə ki, cari ilin may ayında sözügedən parkda oturacaqların sayının kifayət qədər olmaması ilə bağlı paylaşım etdikdən sonra Lənkəran şəhər İcra Hakimiyyəti parkdakı oturacaqların sayını artırmışdı.
Lakin daha sonra bilinməyən səbəblərdən parkdakı oturacaqlar ərazidən yığışdırılıb.