top
Lənkəranda son 10 ildə kommunal xidmət sahəsində hansı işlər görülüb?
25 iyul 2023, 01:21
- ↺ +

Lənkəranda son 10 ildə kommunal xidmət sahəsində hansı işlər görülüb?

Lənkəran şəhər İcra Hakimiyyəti rayonda son 10 ildə kommunal sahədə görülən tikinti, təmir-bərpa, abadlıq və yenidənqurma işləri haqda məlumat paylaşıb.

2012-2023-cü illər ərzində rayonun qazlaşdırılmasında mühüm işlər görülüb və Lənkəranın 95,9 faiz ərazisi tam qazlaşdırılıb. Lənkəranda ümumi təsərrüfat sayı 50.242-dir ki, 2012-ci il yanvar ayının 1-ə olan məlumata görə, 13.086 fərdi ev qazla təmin olunduğu halda, 2023-cü ildə bu rəqəm 48.118-ə yüksəlib. Cari ildə Daşdatük, Moloja və Aşağı Apu kəndlərinin qazlaşdırılması nəzərdə tutulur.

2018-ci ildə Lənkəranda 2x20 MVA gücündə 110/35/10 kv-luq Lənkəran-2 yarımstansiyası quraşdırılıb. Lənkəran şəhəri, rayonun Aşağı Nüvədi və İstisu qəsəbələri, Şiləvar, Digah, Sütəmurdov, Velədi, Küvənil, Səpnəkəran, Yuxarı Nüvədi, Kənarmeşə, Seydəkəran, Şilim, Girdəni, Şürük, Türkəkəran, Tütəpeştə, Moğonojoba, Xolmili, Şıxəkəran və Viyən kəndlərində yeni elektrik dirəkləri, xətləri çəkilməklə və transformatorlar quraşdırılmaqla elektrik təsərrüfatı yenidən qurulub.

Bundan başqa, Lənkəran şəhəri küçələrinin, o cümlədən aeroport yolundan Şağlaküçə ipək yolunadək olan ərazinin ən müasir işıqlandırma sistemi ilə təmin olunması istiqamətində uzunluğu 98.482 metr olmaqla, 144 küçəni əhatə edən 3090 ədǝd müasir tipli işıq dirəyi quraşdırılıb. Yeni inşa edilmiş Ələt-Astara avtomobil yolunun Girdəni istiqamətindən şəhərə girişi, həmçinin rayonunun Qurumba kəndində inşa olunan “ASAN xidmət” mərkəzinə aparan avtomobil yoluna yeni elektrik dirəkləri quraşdırılmaqla və xətləri çəkilməklə müasir tələblər səviyyəsində işıqlandırılması təmin olunub.

Qeyd edək ki, Lənkəranın tam işıqlandırılması üçün 3-cü mərhələdə ipək yolu körpüsündən Səpnəkəran kəndinə kimi uzunluğu 6400 metr olmaqla 185, Liman şəhərində uzunluğu 31.080 metr olmaqla 926, Səpnǝkǝran körpüsündən Xanbulan iqamətgahına kimi uzunluğu 6600 metr olmaqla 220, Xanbulandan Astaranın girişinə kimi uzunluğu 2100 metr olmaqla 70 ǝdəd işıq dirəyinin quraşdırılması nəzərdə tutulub. Bu mərhələdə ümumilikdə uzunluğu 46.180 metr olmaqla 1401 ədǝd işıq dirəyi quraşdırılacaq.

Lənkəranın içməli su təchizatının yaxşılaşdırılması istiqamətində də 2012-2023-cü illər ərzində mühüm addımlar atılıb. Belə ki, 2013-cü ildə Lənkəran şəhərində yeni içməli su xəttinin çəkilişinin açılışı mərasimində Prezident İlham Əliyev iştirak edib. Bundan başqa, Şiləvar, Digah, Sütəmurdov və Velədi kəndlərində yeni içməli su xətləri çəkilərək istifadəyə verilib.

Bütün bunlarla yanaşı, qeyd edək ki, 300-dən artıq çoxmənzilli yaşayış binasının dam örtüyü dəyişdirilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
Dünən, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
Dünən, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
Dünən, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
Dünən, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
Dünən, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 12:55

Sabirabadda oğul anasını amansızlıqla döydü

Bütün xəbərlər
Dünən, 12:20

43 yaşlı Saatlı sakini təcili yardım mərkəzinin həyətində öldü

Bütün xəbərlər
Dünən, 11:52

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Bütün xəbərlər
Dünən, 11:07

Qulağı kəsilən cəlilabadlı "İmişli balasıyam" deyəni öldürdü

Bütün xəbərlər
Dünən, 10:30

Monqolustandan gətirilən quzu əti bahalaşdı

Bütün xəbərlər
Dünən, 09:50

19 yaşlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:13

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 00:01

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
01 oktyabr 2026, 19:00

Sentyabrda havanın temperaturu normadan yuxarı olub

Bütün xəbərlər
01 oktyabr 2026, 18:02

Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib

Bütün xəbərlər
01 oktyabr 2026, 17:15

"Son damla qanıma kimi döyüşəcəyəm" deyən şəhidimiz

İqtisadiyyat
01 oktyabr 2026, 16:40

Masallıda 2 kəndin yolu yenilənib

Siyasət
01 oktyabr 2026, 16:10

Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Bütün xəbərlər
01 oktyabr 2026, 15:30

19 yaşlı şəhidimizin doğum günüdür

Cəmiyyət
01 oktyabr 2026, 15:00

Azərbaycanda zəlzələ oldu

Bütün xəbərlər
01 oktyabr 2026, 14:36

Milli Qəhrəmanın qardaşından Lerikdəki yolla bağlı müraciət

Bütün xəbərlər
01 oktyabr 2026, 14:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
01 oktyabr 2026, 13:30

Gələn həftə Drakonid meteor yağışı olacaq

Bütün xəbərlər
01 oktyabr 2026, 12:50

Oktyabrda 9 gün iş olmayacaq - TARİXLƏR AÇIQLANDI

Kriminal
01 oktyabr 2026, 12:15

Lənkəranlı söyüşə görə qardaşını öldürüb - MƏHKƏMƏ

Oxşar xəbərlər