Azərbaycanda ilk dəfə sığorta festivalı keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 avqust tarixində Report.az-a istinadən verir.
Festivala 26 avqust tarixində start verilir və ilk olaraq, Bakıda - Dənizkənarı Milli Parkın ərazisində baş tutacaq. Daha sonra festival digər bölgələrdə, həmçinin Lənkəranda da keçiriləcək.
Tədbir Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mərkəzi Bankı və İcbari Sığorta Bürosunun əməkdaşlığı çərçivəsində baş tutacaq. Tədbir ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı ilə “edutatement” ("təhsil") formatında təşkil olunacaq.