Lənkəran rayonunun Şağlaküçə kəndində şəhid Elsevər Qardaşzadənin mövlud günü ilə əlaqədar şəhidin ailəsi ziyarət edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 fevral tarixində verir.
Əvvəlcə YAP Lənkəran Rayon Təşkilatının sədri İqbal Əmənullayev və təşkilat əməkdaşları şəhidin məzarına baş çəkiblər. Daha sonra şəhidin ailəsi ziyarət olunub.
İqbal Əmənullayev onların qayğıları, sosial problemləri ilə maraqlanıb və təşkilat tərəfindən hazırlanmış hədiyyəni təqdim edib.