Lənkəranda “Narkomaniyaya qarşı mübarizə sağlam həyat tərzinin əsasıdır” adlı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 avqust tarixində verir.
Lənkəranın “Luxe” hotelində keçirilən layihənin məqsədi narkotik vasitələrin orqanizmə təsirləri, narkomaniya asılılığı və narkomaniyaya qarşı mübarizənin aparılması yolları haqda məlumatların verilməsi olub. Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Yusif Xamiyev, hüquq-mühafizə orqanının rayon şöbəsinin narkotiklərlə mübarizə idarəsinin əməkdaşları, rayonun Qeyri-Hökumət Təşkilatlarının kütləvi informasiya vasitələrinin nümayəndələri və könüllü gənclər iştirak ediblər.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Demokratiya və İnsan Hüquqları Komitəsi İctimai Birliyi tərəfindən baş tutub.