Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 mart tarixində verir.
Tədbirə Mədəniyyət Mərkəzinin bütün filial rəhbərləri cəlb olunublar.
Seminarda mərkəzin direktoru olan seminar-müşavirənin sədri Anar Kakayev 2024-cü ilin I rübündə görülən işlər barəsində danışıb.
Sonra əməkdaşlara cari ilin I rübü ərzində baş verən nöqsanların aradan qaldırılması, davamiyyət, nizam-intizam qaydaları haqqında, mədəni-kütləvi tədbirlərin keçirilmə mexanizmi və sənədləşmə işləri barədə geniş metodiki tövsiyələr verilib.
2024-cü ilin I rübündə fərqlənən əməkdaşlar və kollektivlər fəxri fərmanlarla mükafatlandırılıblar.