Lənkəranda kimliyi müəyyən edilməmiş meyit tapılıb. Bu haqda bu gün, 2 dekabr tarixində Cenublu.az APA-ya istinadən xəbər verir.
Məlumata əsasən, cəsəd şəhərin Şəhidlər xiyabanı küçəsində aşkarlanıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.