Lənkərən regional "ASAN xidmət" mərkəzində keçirilən Novruz festivalında ekstremal şəraitdə sağ qalmaq üzrə təlimlər keçən Saleh Baxşıyev maraqlı guşə qurub. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 mart tarixində verir.
Belə ki, o insanları canlı ilanlarla yaxından tanış edib. Guşə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri Ülvi Mehdiyev, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, "ASAN xidmət" əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, digər qonaqlar tərəfindən maraqla qarşılanıb.