Lənkəranda intihar hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 mart tarixində Lent.az-a istinadən verir.
Hadisə rayonun Liman şəhərində qeydə alınıb. Şəhər sakini, 56 yaşlı İlqar Xanəli oğlu Lələyev yaşadığı evdə özünü asıb.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.