Lənkəranda ikimərtəbəli obyektdə yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 mart tarixində verir.
Hər mərtəbəsi 50 kv.m olan ikimərtəbəli tikilinin ikinci mərtəbəsinin yanar konstruksiyaları 20 kv.m sahədə alışıb. Həmçinin 3 ədəd kondisioner və 1 ədəd televizor yanıb.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.