Lənkəranda güclü külək ağacı çağırışa gedən təcili tibbi yardım avtomobilinin üzərinə aşırıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 dekabr tarixində Apa.az-a istinadən verir.
Ağacın aşması nəticəsində təcili tibbi yardım avtomobilinə ciddi ziyan dəyib. Həmçinin güclü külək Lənkəran rayonunun Sütəmurdov və Separadi kəndlərində ağacları yola aşırıb.
Lənkəran Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsindən bildirilib ki, küləklə bağlı dünən axşam saatlarından indiyə kimi 25 çağırış olub. Bu da əvvəlki günlərlə müqayisədə bir neçə dəfə çoxdur.