Lənkəran şəhərində fəhlə fərdi yaşayış evindən yıxılaraq xəsarət alıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 dekabr tarixində Apa-ya istinadən verir.
Belə ki, Nərimanabad qəsəbə sakini, 21 yaşlı Yusif Salayev hündürlükdən yıxılaraq sınıq xəsarəti alıb. Nəticədə o, xəstəxanaya çatdırılıb və əməliyyata götürülüb.
Araşdırma aparılır.