top
Lənkəranda bələdiyyə sədri və iki oğlu meşəni talayırlar?
17 dekabr 2022, 06:15
- ↺ +

Lənkəranda bələdiyyə sədri və iki oğlu meşəni talayırlar?

Lənkəranda bələdiyyə sədrinin oğulları ilə birgə meşədən qanunsuz ağac kəsib, daşıdıqları iddia olunur. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 dekabr tarixində Qafqazinfo.az-a istinadən verir.

Belə ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin ərazisində Lənkəran rayon Köhnəgəgir kənd sakinləri - Lənkəran rayon Gəgiran Bələdiyyəsinin sədri İdris Novruzov, onun oğlu Aqil Novruzov, digər oğlu və eyni zamanda meşənin gözətçisi Nizami Novruzov və qardaşı oğlu Vüsal Novruzov qanunsuz kəsilmiş meşə materiallarını daşıtdırmağa çalışıblar.

İdris Novruzov və Nizami Novruzovun himayəsi ilə qanunsuz kəsilmiş meşə materialını (parket üçün material) daşıyan maşın ərazidən çıxarılarkən polis tərəfindən saxlanılıb. Qanunsuz ağackəsmədə şübhəli bilinən şəxslər polis bölməsinə gətirilib, ilkin ifadələri alınandan sonra sərbəst buraxılıblar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı araşdırma başlanılıb:

“Lənkəran Şəhər RPŞ-nin əməkdaşları tərəfindən yük yerində meşə materialı olan Lənkəran rayon sakini Aqil Novruzovun idarə etdiyi “Qaz-66” markalı yük maşını rayonun Gəgiran kəndi ərazisində saxlanılıb. Həmin nəqliyyat vasitəsi yüklə birlikdə şöbənin duracağına gətirilib. Hazırda faktla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, sözügedən qohumlar bir neçə il öncə də meşədə qadağan olunan ərazidə qanunsuz ağaclar kəsən zaman Lerik Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları ilə münaqişə yaşamışdı. Onlar idarə rəisi və bir neçə əməkdaşa həyat üçün təhlükəli ağır bədən xəsarətləri yetirmiş, hadisə ilə bağlı cinayət işi başlanmışdı. Sözügedən dəstə üzvləri barələrində həbs qətimkan tədbiri seçilsə də, onlar məhkəmə tərəfindən azadlığa buraxılmışdı.

Son xəbərlər

Kriminal
Bu gün, 17:35

Salyanda sevgilisini yumruqlayıb qollarını dişləyənə CƏZA

Kriminal
Bu gün, 17:05

15 yaşlı Masallı sakini Bakıda qətlə yetirildi

Cəmiyyət
Bu gün, 16:15

Lənkəranda günlərlə toplanmayan zibil: 2-ci mikrorayonda antisanitariya

Bütün xəbərlər
Bu gün, 15:30

AQTA əməkdaşlarını restorana buraxmayan sahibkar CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
Bu gün, 14:55

Ötən ay 26 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 14:20

Sabah leysan yağacaq - PROQNOZ

İqtisadiyyat
Bu gün, 13:45

DSMF: Ötən ay 179 mindən çox şəxs yaşa görə sosial müavinət alıb

Cəmiyyət
Bu gün, 13:05

Şəhid olmazdan üç gün əvvəl xanımı ilə halallaşıb - Ehtiram Hüseynlinin son FOTOSU

Bütün xəbərlər
Bu gün, 12:30

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 11:58

Lerikli şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 11:20

Azərbaycanda Həcc üçün müraciət edənlərin sayı AÇIQLANDI

Siyasət
Bu gün, 10:40

DYP sürücülərə müraciət etdi

Cəmiyyət
Bu gün, 10:17

Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı Xalq artistinin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:11

Bəzi ərazilərə yağış yağıb - Faktiki hava

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:02

Saatlı sakini 10 illik dostunu gödəkçəyə görə döydü – Məhkəmə

Bütün xəbərlər
Dünən, 17:50

7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlandı

Bütün xəbərlər
Dünən, 17:10

AQTA sədri İmişlidə vətəndaşları qəbul edəcək

Cəmiyyət
Dünən, 17:08

Saatlıdan olan müəllim TOP-150-də 1-ci yerdədir

Bütün xəbərlər
Dünən, 16:40

Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Dünən, 16:10

Sabah hava necə olacaq?

Cəmiyyət
Dünən, 15:40

Magistratura üzrə ödənişli əsaslarla qəbul olan 195 şəxs dövlət hesabına təhsil alacaq

Bütün xəbərlər
Dünən, 15:10

Azərbaycana narkotik gətirilməsinin qarşısı alındı

Oxşar xəbərlər