Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Lənkəran rayonunda nəzarət tədbirləri həyata keçiriblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 mart tarixində verir.
Yoxlamalar nəticəsində Narbağı kəndində Hüseynağa Əzizov tərəfindən ağacların qanunsuz kəsilməsi faktı müəyyən edilib.
Faktla bağlı akt tərtib olunub. Fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.