Lənkəran və Masallıda "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 noyabr tarixində quruma istinadən verir.
Aksiya 22 noyabr saat 13:00-dan 14:00-dək Lənkəran şəhərində yerləşən Mədəniyyət Mərkəzində, 23 noyabr isə saat 11:00-dan 12:00-dək Masallı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon" aksiyasında öz problem və təkliflərini ifadə edə bilərlər.