Novruz bayramı ilə əlaqədar Lənkəran və Masallı “ASAN xidmət” mərkəzlərində qeyri-iş günləri məlum olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 mart tarixində verir.
Belə ki, Novruz bayramı ilə əlaqədar 20-24 mart tarixlərində “ASAN xidmət” mərkəzlərində qeyri-iş günləri olacaq. 25 mart tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər. İş qrafiki, göstərilən xidmətlərlə bağlı ətraflı məlumatı 108 “Çağrı mərkəzi” vasitəsilə əldə etmək mümkündür.
Xatırladaq ki, martın 20-dən 27-dək ölkəmizdə Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir.