Lənkəran sakini Bakıda qızıl boyunbağı oğurladığına görə saxlanılıb. Bu haqda bu gün, 26 sentyabr tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.
Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə paytaxt sakini A.Məmmədovanın boynundan qızıl boyunbağısının soyğunçuluq yolu ilə talanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini N.Heydərov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Gülməmmədov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.