Lənkərana qonaq gələn şəxs dəniz kənarında qəflətən vəfat edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 sentyabr tarixində Apa.az-a istinadən verir.
Belə ki, paytaxt sakini 50 yaşlı Hicran Cəfər oğlu Hüseynov dəniz kənarındakı “Beluqa” istirahət məkanına istirahətə yollanıb. Orada o, qəflətən dünyasını dəyişib.
Meyit müayinə olunması üçün morqa aparılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.