Lənkəran rayonundan olan yaralı əsgər Gəncə şəhərindəki hospitalda ziyarət olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 sentyabr tarixində Lənkəran ŞİH-yə istinadən verir.
Lənkəran ŞİH başçısının müavini Vüqar Məmmədov Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən yaralanan Lənkəran rayon sakini Məmmədzadə Murad Rahim oğlunu ziyarət edərək, səhhəti və qayğıları ilə maraqlanıb.