Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov İctimai Şuranın üzvləri ilə görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 sentyabr tarixində Lənkəran ŞİH-yə istinadən verir.
Görüş zamanı İctimai Şuranın fəaliyyəti ilə bağlı bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə çıxış edən İcra başçısı İcra hakimiyyəti yanında İctimai Şuranın səmərəli fəaliyyətini qeyd edərək ötən dövr ərzində görülən işlərin “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun icrası baxımından təqdirəlayiq olduğunu vurğulayıb.
Sonda İctimai Şura üzvlərinə yeni vəsiqələr təqdim olunub.