Lənkəran şəhəri Azad Mirzəyev küçəsinin xəndəkləri uzun müddətdir ki, təmizlənmir. Bununla bağlı sakinlər bu gün, 29 noyabr tarixində Cenublu.az-a müraciət ediblər.
Sakinlərin sözlərinə görə, xəndəkdəki otlar 2 ilə yaxındır ki, təmizlənmir.
“Ətrafa yayılan pis qoxudan evimizdə otura bilmirik. Həmçinin bu yol 2 nömrəli məktəbə gedən yollardan biridir, yəni gediş-gəlişi çox olan küçədir. Ümid edirik ki, aidiyyəti qurumlar məsələni həll edərlər”, - deyə sakinlər öz müraciətlərində bildiriblər.