Astarada təhsil sisteminin daimi inkişafı məqsədi ilə Regional İdarənin müdiri vətəndaşlarla görüş keçirəcək. Bu haqda bu gün, 29 noyabr tarixində Cenublu.az Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Görüş 2 dekabr saat 10:00-14:00 aralığında baş tutacaq. Elxan Nəcəfov vətəndaşları Astara şəhəri Heydər Əliyev Mərkəzində qəbul edəcək.
Qəbulda iştirak etmək üçün Astara rayonu üzrə təhsil sektorunun inzibati binasında qeydiyyatdan keçmək və ya "Whatsapp" (050 794 57 81 ) xidmətinə müraciət etmək mümkündür.