top
“KamAZ” sürücüsü olan Cəlilabad sakini özünü DTX əməkdaşı kimi təqdim edib
14 mart 2023, 03:50
- ↺ +

“KamAZ” sürücüsü olan Cəlilabad sakini özünü DTX əməkdaşı kimi təqdim edib

Özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edən Cəlilabad sakini həbs edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 mart tarixində Qafqazinfo-ya istinadən verir.

Belə ki, Cəlilabad rayonunda qeydiyyatda olan, paytaxtın Yeni Yasamal qəsəbəsində yaşayan 36 yaşlı Farid Qədirovun 2 nəfəri dələduzluq yolu ilə aldatdığı məlum olub. Qaradağ rayonundakı daş karxanasında “KamAZ” markalı yük maşınının sürücüsü işləyən həmin şəxs barəsində Cinayət Məcəlləsinin dələduzluq və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rüşvət verməyə təhrik etmə maddələri ilə açılmış cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Farid sosial şəbəkədə bir neçə xanımla tanış olub və aralarında münasibət yaranıb. Daha sonra həmin qadınlar arasında pul məsələsinə görə mübahisə düşüb. Günay (şərti) adlı tanışı Faridə Nazilə (şərti) adlı digər qadının ona 80 min manat verməli olduğunu, lakin ödənişdən boyun qaçırdığını deyib. Özünü DTX-nin vəzifəli əməkdaşı kimi tanıdan Farid Günaya məsələni həll edəcəyini söz verib. O, Binəqədi Rayon Polis İdarəsində müstəntiq işləyən və bibisi oğlunun tələbə yoldaşı olan polis əməkdaşı ilə əlaqə saxlayaraq Günaya köməklik etməsini xahiş edib. Araşdırmadan sonra Nazilə pulun bir hissəsini Günaya qaytarıb. Farid bu işə görə müstəntiqə pul verilməli olduğunu deyərək Günaydan 4300 manat alıb.

Bununla yanaşı, Farid Günayın tanışı olan Cəfəri (şərti) də DTX-nin Xətai Rayon Şöbəsində işə düzəldəcəyini vəd edərək ondan 5 min manat alıb.

Lakin bir müddət sonra Günay Binəqədi RPİ-də işi araşdıran müstəntiqin qəbulunda olarkən Faridin yalan danışdığını öyrənib. Müstəntiq ona Faridin pul vermədiyini bildirib və onun, ümumiyyətlə, DTX-də işləmədiyini, “KamAZ” sürücüsü kimi yükdaşıma fəaliyyəti göstərdiyini deyib.

Bundan sonra dələduzluqla üzləşdiklərini görən Günay və Cəfər Farid barəsində şikayət ediblər və cinayət işi başlanıb.

İstintaq müddətində barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilmiş Farid bu zaman kəsiyində aldığı pulları geri qaytarıb. Məhkəmə prosesində Günay və Cəfər ondan şikayətçi olmadıqlarını bildiriblər. Buna baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsi Faridin əməllərini və daha əvvəl də məhkumluq həyatı yaşamasını nəzərə alaraq, ona 5 il həbs cəzası verib. Farid Qədirov məhkəmə zalındaca həbs edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:00

Bu gün Yer kürəsində başlayan təhlükəli proseslə bağlı XƏBƏRDARLIQ

Bütün xəbərlər
Bu gün, 10:25

Lerikli şəhidimizin doğum günüdür

Kriminal
Bu gün, 09:46

Biləsuvarda qətl: toydan başlayan mübahisədə bibisi oğlunu öldürdü

Siyasət
Bu gün, 09:06

Salyanda qəza: avtomobil körpüyə çırpıldı

Bütün xəbərlər
Bu gün, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
03 oktyabr 2026, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
03 oktyabr 2026, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
03 oktyabr 2026, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
03 oktyabr 2026, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
03 oktyabr 2026, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
03 oktyabr 2026, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
03 oktyabr 2026, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
03 oktyabr 2026, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
03 oktyabr 2026, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
03 oktyabr 2026, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
03 oktyabr 2026, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
03 oktyabr 2026, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
03 oktyabr 2026, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Oxşar xəbərlər