top
İntihar edən qızın anası: “Bilmirəm, qızımın ölümünə ağlayım, yoxsa haqqında çıxan şayiələri yığışdırım”
12 dekabr 2022, 06:30
- ↺ +

İntihar edən qızın anası: “Bilmirəm, qızımın ölümünə ağlayım, yoxsa haqqında çıxan şayiələri yığışdırım”

Masallıda bir neçə gün əvvəl özünü yaşadığı binadan ataraq intihar edən 18 yaşlı Rüqayə Hüseynovanın anası Sevinc Cabbarova qızının ölümü haqda danışıb. Bu haqda bu gün, 12 dekabr tarixində Cenublu.az Big.az-a istinadən xəbər verir.

"Mənim qızım günahsız bir mələk idi. Torpağa tapşırılmamış xəbər saytları onun haqqında yalan məlumatlar yazdılar. Qızımın 5 aylıq hamilə olduğu barədə şayiələr yaydılar. Biz məhkəmə-tibbi ekspertizanın nəticələrini gözləyirik. Qızım gül kimi bala idi. Sadəcə bir şərəfsizin onu aldatması bunlara səbəb oldu. O, qızımın ağlına girdi. Üç uşaq atası, narkomanın biri qızımı aldatdı".

Ana öz açıqlamasında bildirib ki, qızının hamilə olması həqiqətə uyğun deyil:

"Həmin adamla telefonda danışıblar. Oğlan qızımın arxasınca düşüb, onu sevdiyini deyərək qəlbinə girib. Amma aralarında heç nə olmayıb. Bunu ekspertiza rəyi də təsdiq edəcək. Uşağım pak olub. Axşam saat 12-dən səhər saat 5-ə kimi övladım ekspertizada qalıb. Dırnağına qədər uşağım ekspertizadan keçirilib. Tər-təmiz məsum bir bala idi. Onun haqqında belə bir şayiənin yayılması düzgün deyil!”

“Qızım məktub yazıb qoymuşdu. Hadisə gözümüzün qabağında olub. Oğlan da həmin vaxt orada idi. Qız məktub qoyub, gedib intihar etməyə. Oğlana da zəng edib ki, intihar edirəm. Oğlan da onu tapıb və evə gətirib. Həmin an o şəxs qızımı döymüşdü. Evə gələn kimi oğlanın yanında birbaşa balkona keçib özünü yerə atdı".

Sevinc Cabbarova bildirib ki, həmin şəxsin adı Cəsarətdir və o artıq həbs edilib. Onun evli olması haqda Rüqayənin xəbəri olmayıb. Daha sonra ana araşdırdıqdan sonra qızına bildirib.

“Bundan sonra qızımla arasında mübahisə yaranıb və qızıma şərt qoyub ki, “məni istəyirsənsə, bunu sübut elə, özünü öldür". Balam da ölümü seçdi. Əvvəlcə özünü suya atmaq istəyib. Lakin oğlan onu oradan götürüb və qızı evimizə gətirib.”, - son olaraq ana qeyd edib.

Son xəbərlər

Kriminal
Bu gün, 17:35

Salyanda sevgilisini yumruqlayıb qollarını dişləyənə CƏZA

Kriminal
Bu gün, 17:05

15 yaşlı Masallı sakini Bakıda qətlə yetirildi

Cəmiyyət
Bu gün, 16:15

Lənkəranda günlərlə toplanmayan zibil: 2-ci mikrorayonda antisanitariya

Bütün xəbərlər
Bu gün, 15:30

AQTA əməkdaşlarını restorana buraxmayan sahibkar CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
Bu gün, 14:55

Ötən ay 26 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 14:20

Sabah leysan yağacaq - PROQNOZ

İqtisadiyyat
Bu gün, 13:45

DSMF: Ötən ay 179 mindən çox şəxs yaşa görə sosial müavinət alıb

Cəmiyyət
Bu gün, 13:05

Şəhid olmazdan üç gün əvvəl xanımı ilə halallaşıb - Ehtiram Hüseynlinin son FOTOSU

Bütün xəbərlər
Bu gün, 12:30

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 11:58

Lerikli şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 11:20

Azərbaycanda Həcc üçün müraciət edənlərin sayı AÇIQLANDI

Siyasət
Bu gün, 10:40

DYP sürücülərə müraciət etdi

Cəmiyyət
Bu gün, 10:17

Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı Xalq artistinin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:11

Bəzi ərazilərə yağış yağıb - Faktiki hava

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:02

Saatlı sakini 10 illik dostunu gödəkçəyə görə döydü – Məhkəmə

Bütün xəbərlər
Dünən, 17:50

7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlandı

Bütün xəbərlər
Dünən, 17:10

AQTA sədri İmişlidə vətəndaşları qəbul edəcək

Cəmiyyət
Dünən, 17:08

Saatlıdan olan müəllim TOP-150-də 1-ci yerdədir

Bütün xəbərlər
Dünən, 16:40

Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Dünən, 16:10

Sabah hava necə olacaq?

Cəmiyyət
Dünən, 15:40

Magistratura üzrə ödənişli əsaslarla qəbul olan 195 şəxs dövlət hesabına təhsil alacaq

Bütün xəbərlər
Dünən, 15:10

Azərbaycana narkotik gətirilməsinin qarşısı alındı

Oxşar xəbərlər