Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Heydər Əliyev ideyalarına sadiqik” mövzusunda tədbir keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 oktyabr tarixində verir.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyub, onun əziz xatirəsini ehtiramla yad ediblər.
İştirakçılar, həmçinin Lənkəran şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya edib, ulu öndərin müxtəlif dövrlərə aid maraqlı sənəd və fotoları ilə yaxından tanış olublar.