Cəlilabad və Masallıda qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər keçirilib.
Cenublu.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, yoxlama zamanı Cəlilabad şəhərinin Cavadxan küçəsi və Qurtuluş küçələrində və Masallı şəhərinin 20 Yanvar küçəsində (Köhnə bazar) fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
Nəticədə məntəqələrin sahiblərinə (Rəsul Zeydiyev, Səyyad Kərimov, İlqar Quliyev, Burhan Dadaşov və Saməddin Səfərov) inzibati protokol tərtib olunub.