Lənkəran, Astara, Masallı, Cəlilabad, Lerik və Yardımlıda keçirilən görüşlərdə təhsil müəssisələrinin rəhbərləri ilə müzakirələr aparılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 fevral tarixində verir.
Görüşlər zamanı təmir-tikinti və təchizatla bağlı problemlər müzakirə edilib, həmçinin "Təhsildə gigiyena qaydaları", "Şagirdlərin və işçi kollektivinin təhlükəsizliyinin təmin edilməsi" və "Məktəblərdə yanğın təhlükəsizliyi" mövzuları ətrafında söhbətlər aparılıb.
Əlavə olaraq, Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi tərəfindən görüş iştirakçılarına görüləcək işlər barədə ətraflı məlumat verilib.
Tədbirlərdə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi də iştirak edib. O, fövqəladə hallarla bağlı sualları cavablandırıb.