top
Cəlilabadlı müəllim: “İşlədiyim məktəblər ucqar kəndlərdə yerləşdiyindən istədiyim nəticəni ala bilmirəm”
01 mart 2025, 04:20
- ↺ +

Cəlilabadlı müəllim: “İşlədiyim məktəblər ucqar kəndlərdə yerləşdiyindən istədiyim nəticəni ala bilmirəm”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nəriman Məmmədzadə Lənkəran-Astara regionunun fərqlənən fiziki tərbiyə müəllimlərindən biridir. 1997-ci ildə Cəlilabad rayonunun Həziabad kəndində anadan olan Nəriman müəllim orta təhsilini burada alıb. 2017-ci ildə Astara Pedaqoji Kollecinin Fiziki tərbiyə fakültəsinə qəbul olub. Məzun olduğu 2020-ci ildə müəllimlərin işə qəbul imtahanında iştirak edib və Yardımlı rayonunun Horonu kənd tam orta məktəbində əmək fəaliyyətinə başlayıb.

Tələbəlik dövründə kolleclər arasında keçirilən voleybol yarışında birinci yerə layiq görülən Nəriman Məmmədzadə boks üzrə yarışın respublika üçüncüsü də olub. 2021-ci ildə yenidən müəllimlərin işə qəbul imtahanında iştirak edərək 45 balla Cəlilabad rayonunun Xanəgah kənd tam orta məktəbinə fiziki tərbiyə müəllimi təyin olunub. Həmin məktəbdə şagirdləri voleybol idman növü üzrə daha çox inkişaf etdirib.

Məktəblilərdən ibarət komanda yaradıb. Bu  komanda dəfələrlə rayon çempionatlarında mükafatlar əldə edib. 2024-cü ildə müsabiqədə iştirak edərək iş yerini Banbaşı kənd Cavanşir Qasımov adına tam orta məktəbə dəyişdirib.

2023-cü ildə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) keçirdiyi müsabiqədə “İlin gənc fiziki tərbiyə müəllimi” seçilən Nəriman müəllim səmərəli fəaliyyətinə görə Lənkəran-Astara Regional Təhsil İdarəsi (LARTİ) tərəfindən iki dəfə fəxri fərmanla mükafatlandırılıb.

Müəllimin muallim.edu.az-a müsahibəsini təqdim edirik:

- Nəriman müəllim, bəziləri elə düşünür ki, musiqi, təsviri incəsənət, fiziki tərbiyə müəllimliyini seçənlər digər fənləri yaxşı bilmədiklərinə görə bu sahəyə yönəliblər…

- Hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır, lakin qeyd edim ki, sadaladıqlarınız xüsusi qabiliyyət tələb edən ixtisaslardır. Elə insanlar var ki, bu ixtisaslardan biri üzrə təhsil almaq istəyib, amma qabiliyyət imtahanından keçə bilməyib. Bir sözlə, bu yanaşma tamamilə absurddur. Mənə gəldikdə, bu ixtisası seçməyim uşaqlıqdan idmana olan həvəsim, bu sahədə özümü daha çox doğrulda biləcəyimə inanmamla bağlıdır.

- Respublika və ya beynəlxalq səviyyəli yarışlarda uğur qazanan şagirdləriniz var?

- İşlədiyim məktəblər ucqar kəndlərdə yerləşdiyindən və maddi-texniki baza zəif olduğundan istədiyim nəticəni əldə edə bilmirəm. Amma rayon və region üzrə keçirilmiş çempionatlarda uğur qazanan şagirdlərim var.

- Şagirdlərinizin dərsinizə marağı necədir? 

- Hər bir müəllim fənninə maraq yaratmağı bacarmalıdır. Şagirdlərin dərsimə marağı yüksək səviyyədədir, onlar hətta dərsdən sonra ayrıca məşğələ keçməyimi istəyirlər.

- Müasir dövrün uşaqları ilə işləmək sizə çətin gəlmir ki? 

- Gənc müəllim olduğumdan müasir uşaqlarla işləmək mənim üçün elə də çətin deyil. Lakin bizim nəslin uşaqları ilə indiki uşaqlar arasında fərq var.

- Fəxri fərmanlara layiq görülmüsünüz, “İlin gənc fiziki tərbiyə müəllimi” seçilmisiniz. Sizi digər fiziki tərbiyə müəllimlərindən hansı xüsusiyyətlər fərqləndirir?

- “İlin müəllimi” seçilməyi işə başlayan gündən xəyal etmişəm, qısa müddət ərzində bunu bacara biləcəyimi isə xəyal belə edə bilməzdim. Amma yüksək əzmkarlığım sayəsində bunu bacardım. Təbii ki, bu ixtisas üzrə məndən daha təcrübəli olan müəllimlərin sayı çoxdur. Mən bilmədiklərimi onların təcrübəsindən yararlanaraq öyrənirəm.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Oxşar xəbərlər