Cəlilabad rayonu Musalı kənd tam orta məktəbi qəzalı vəziyyətdə olduğuna görə bağlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 dekabr tarixində ARB Media-ya istinadən verir.
Belə ki, 186 şagirdin təhsil aldığı məktəbin divarları tamamilə uçub. Keçən il isə qarın ağırlığını altında məktəbin damı dağılıb.
“Uşaqlarımızın məktəbimizdə təhsil alması ilə bağlı aidiyyəti qurumların məlumatlandırılmasını xahiş edirik”, – deyə sakinlərdən biri müraciət edib.