Cəlilabad şəhərində hin və ona bitişik evdə yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 fevral tarixində verir.
Belə ki, ümumi sahəsi 6 kv.m olan hinin yanar konstruksiyaları və ümumi sahəsi 208 kv.m (hər mərtəbəsi 104 kv.m) olan bitişik ikimərtəbəli 6 otaqlı evin 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.