Cəlilabad rayonunun Hacıismayıllı kəndi ərazisində orta əsrlərə aid qəbiristanlıq tapılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 avqust tarixində Report-a istinadən verir.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin əməkdaşları qəbiristanlığı nəzarətə götürüblər.
Dövlət Xidmətindən bildirilib ki, ərazidə müxtəlif ölçülərdə və formada olan məzar daşlarının üzərində müxtəlif simvollar, işarələr mövcuddur:
"Bəzi məzar daşlarının üzərində ərəb qrafikalı əlifba ilə yazılan yazılara da rast gəlinir. Tarixi əhəmiyyəti nəzərə alınaraq, ərazinin daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil edilməsi üçün lazımi tədbirlər görüləcək".