Cəlilabadda ağac və kol bitkilərinin qanunsuz kəsilməsi faktı aşkarlanıb. Bu haqda bu gün, 26 sentyabr tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən araşdırmalar zamanı Cəlilabad rayonunda “Encom Construction” QSC tərəfindən ağac və kol bitkilərinin kəsildiyi müşahidə olunub.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktla bağlı akt tərtib olunub və məsələyə hüquqi qiymət verilməsi məqsədilə sənədlər Azərbaycan Baş Prokurorluğuna göndərilib.