Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 avqust tarixində Apa.az-a istinadən verir.
Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2106" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarından keçən çaya aşıb. Qəza nəticəsində bir nəfər xəsarət alıb. Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.