Cəlilabad sakinlərində 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 mart tarixində verir.
Rayon Polis Şöbəsinin əməkdaşları tədbirlər keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Zülfiqarov İsgəndər və Məlikzadə Hüseyn saxlanılıblar. Onlardan 11 kiloqram heroin, marixuana, metamfetamin və 100 ədəd metadon həbi götürülüb.
Müəyyən olunub ki, onlar İranda yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb ediliblər. Həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar həyata keçirilir.
[caption id="attachment_56379" align="alignnone" width="336"]
Foto DİN[/caption]