Cəlilabad sakininin avtomobilində tüfəng aşkar edilib. Bu haqda bu gün, 29 noyabr tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.
Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Hamarqışlaq kənd sakini Ə.Aşurovun idarə etdiyi “Volskwagen” markalı avtomobilə baxış zamanı oradan qanunsuz saxladığı nömrəsi silinmiş “TOZ-63” markalı ov tüfəngi götürülüb.