Cəlilabad rayonunda Azərbaycan ərazisində ilk dəfə olaraq daş qaban (çöldonuzu) fiquru aşkar edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 sentyabr tarixində Report.az-a istinadən verir.
Maddi mədəniyyət nümunəsi rayonun Yaqublu kəndi ərazisində, adsız təpədə tapılıb. Tarixçilər daş fiqurun Neolit dövrünə aid olmasını ehtimal edirlər.