top
Bu gün Xalq artisti, professor Canəli Əkbərovun anadan olduğu gündür
10 mart 2023, 05:10
- ↺ +

Bu gün Xalq artisti, professor Canəli Əkbərovun anadan olduğu gündür

Bu gün, 10 mart tarixində görkəmli xanəndə, Xalq artisti, professor Canəli Əkbərovun doğum günüdür.

Canəli Əkbərov 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1956-1958-ci illərdə Lənkəran Tibb Texnikumunda oxuyub. Musiqiyə hələ erkən yaşlarından hədsiz maraq göstərən Canəli Əkbərov 1963-1968-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin xanəndəlik şöbəsində təhsil alıb və mədəni-mənəvi irsimizin zəngin xəzinəsi olan muğamın incəliklərini həmin dövrdə böyük həvəslə öyrənib. Burada onun sənətkar şəxsiyyətinin formalaşmasında məşhur ustad sənətkarlarımızın böyük rolu və mühüm təsiri olub. Canəli Əkbərov 1976-1982-ci illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

1963-1975-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında işləyən Canəli Əkbərov 1976-2006-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, opera səhnəsində aparıcı rollarda çıxış edərək çox sayda yaddaqalan obrazlar yaradıb.

Canəli Əkbərov 1992-ci ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, uzun illər Muğam sənəti kafedrasının müdiri olaraq fəaliyyət göstərib.

Geniş səs diapazonuna malik sənətkar Canəli Əkbərov milli xanəndəlik məktəbinin nailiyyətlərini layiqincə davam etdirib və Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə töhfələr verib. Onun ifasında səslənən “Orta mahur”, “Çahargah”, “Arazbarı”, “Heyratı” və digər qədim muğamlarımız, bir çox təsniflər və xalq mahnıları, həmçinin muğam operalarında yaratdığı partiyalar Azərbaycanın musiqi mədəniyyətinin inciləri sırasında özünəməxsus yer tutur.

Dünyanın bir çox ölkələrinə qastrol səfərlərində Azərbaycan mədəniyyəti günləri və beynəlxalq musiqi festivallarının iştirakçısı kimi Canəli Əkbərov milli mədəniyyətimizi uğurla təmsil edib, öz çıxışları ilə musiqimizi dünyanın müxtəlif xalqlarının nümayəndələrinə sevdirməyi bacarıb. Uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuş ustad xanəndənin səmərəli sənət fəaliyyəti gənc və istedadlı ifaçıların yeni nəslinin formalaşdırılması üçün bir məktəb olub.

Canəli Əkbərov milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət”, 2010-cu ildə “Şərəf” və 2020-ci ildə 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif edilib.

Canəli Əkbərov 2021-ci il oktyabrın 22-də vəfat edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:00

Bu gün Yer kürəsində başlayan təhlükəli proseslə bağlı XƏBƏRDARLIQ

Bütün xəbərlər
Bu gün, 10:25

Lerikli şəhidimizin doğum günüdür

Kriminal
Bu gün, 09:46

Biləsuvarda qətl: toydan başlayan mübahisədə bibisi oğlunu öldürdü

Siyasət
Bu gün, 09:06

Salyanda qəza: avtomobil körpüyə çırpıldı

Bütün xəbərlər
Bu gün, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
03 oktyabr 2026, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
03 oktyabr 2026, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
03 oktyabr 2026, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
03 oktyabr 2026, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
03 oktyabr 2026, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
03 oktyabr 2026, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
03 oktyabr 2026, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
03 oktyabr 2026, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
03 oktyabr 2026, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
03 oktyabr 2026, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
03 oktyabr 2026, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
03 oktyabr 2026, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
03 oktyabr 2026, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Oxşar xəbərlər