Astara rayonunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 fevral tarixində verir.
Anım mərasimində RİH-nin başçısı Qəzənfər Ağayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Onlar Şəhidlərin Xatirə Kompleksini ziyarət edərək, şəhid olanların xatirəsini hörmət və ehtiramla yad ediblər.